“Barselona”nın sabiq ulduzu 31 yaşında futbolla vidalaşdı

“Barselona” klubunun sabiq müdafiəçisi Samyuel Umtiti 31 yaşında peşəkar futbol karyerasını başa vurdu.
90plus.az xəbər verir ki, iyun ayında sərbəst qalan və heç bir klubla anlaşmayan fransalı futbolçu futbolu buraxmaq qərarına gəlib.
Təxminən 5 mövsüm “Barselona”nın heyətində çıxış edən və bu müddət ərzində 7 kubok qazanan Samyuel Umtiti gözlənilməz qərarla karyerasını bitirib. 31 yaşlı mərkəz müdafiəçisi bundan sonra futbol oynamayacağını açıqlayıb.
Umtiti qərarını şəxsi sosial media hesabında paylaşaraq bunları bildirib:
“Acılı-şirinli, gərgin keçən bir karyeranın sonuna gəldim. Hər şeyi ehtirasla etdim və heç bir peşmanlığım yoxdur. Birlikdə çalışdığım bütün prezidentlərə, futbolçulara və baş məşqçilərə təşəkkür edirəm.”
© Copyright 2025, All Rights Reserved