"Barselona"ya "Real"dan böyük dəstək
“Barselona” maddi çətinliklər səbəbindən Dani Olmo ilə bağlı qeydiyyat məsələsini hələ də həll edə bilmir.
90plus.az xəbər verir ki, klub futbolçunu qeydiyyatdan keçirmək üçün danışıqları davam etdirir. Ancaq La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası hələlik nə Dani Olmo, nə də Pau Viktorun qeydiyyatına razılıq verməyib. Bununla belə, bəzi klublar “Barselona”ya bu məsələdə dəstək göstərib. Bildirilir ki, dəstək verən klublar arasında “Real Madrid” də yer alır. Lakin Dani Olmonun qeydiyyatına qarşı çıxan klublar da mövcuddur. Məlumata görə, “Atletik Bilbao”, “Atletiko Madrid” və “Sevilya” bu məsələdə “Barselona”ya güzəşt edilməsini istəmir. Əgər futbolçular qeydiyyatdan keçirilməzsə, onlar mövsümün sonuna qədər "Barselona"da oynamaq hüququndan məhrum olacaq.
Qeyd: Əgər Dani Olmo və Pau Viktor heyətə daxil edilə bilməzsə, “Barselona” onları mövsümün sonuna qədər icarəyə göndərməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved