Baş məşqçi oyun zamanı dünyasını dəyişdi
Serbiyanın “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç faciəvi şəkildə dünyasını dəyişib.
90plus.az xəbər verir ki, Serbiya Superliqasında “Mladost Luçani” ilə oyunun gedişində 45 yaşlı çalışdırıcı 20-ci dəqiqədə infarkt keçirib. Həkimlər dərhal müdaxilə etsə də, onu hayata qaytarmaq mümkün olmayıb. Matç yarımçıq dayandırılıb.
“Radniçki” klubunun rəsmi açıqlamasında deyilir:
“Dərin kədərlə bildiririk ki, bu gün axşam “Mladost” – “Radniçki 1923” oyununda baş məşqçimiz Mladen Jijoviç dünyasını dəyişib. Klubumuz təkcə böyük məşqçisini deyil, həm də yüksək insanlıq keyfiyyətlərinə malik bir dostunu itirdi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.”
Serbiya Futbol Federasiyası da Jijoviçin ölümü ilə bağlı başsağlığı yayıb və onun Serbiya futbolu üçün böyük itki olduğunu bildirib.
© Copyright 2025, All Rights Reserved