Baş məşqçi yalanladı: Koul Palmer getmir
Liam Rozenior Koul Plamerlə bağlı iddiaları təkzib etdi.
90plus.az xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Liam Rozenior Koul Plamerin gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Mütəxəssis futbolçu ilə birbaşa danışdığını və iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Rozeniorun sözlərinə görə, Plamer hazırkı durumundan razıdır:
“Koul Plamerlə danışdım. Burada olmaqdan xoşbəxtdir və özünü yaxşı hiss edir. Şübhəsiz ki, o, planlarımızın vacib hissəsidir. Vəziyyəti yaxşıdır və bu gün məşqlərə qoşulub”.
Qeyd: Son günlər mətbuatda Koul Plamerin Londonda darıxdığı və “Mançester Yunayted”ə keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. Baş məşqçinin açıqlaması bu iddiaların əsassız olduğunu göstərir.
© Copyright 2026, All Rights Reserved