"Başakşəhər"dan əzmkar qələbə
"Başakşəhər" səfərdə əzmkar qələbə qazandı
90plus.az xəbər verir ki, Avropa arenasında mübarizə aparan "Başakşəhər" səfərdə mühüm qələbə əldə edib.
Matça sürətli başlayan ev sahibi komanda artıq 2-ci dəqiqədə Sander Svendsenin vurduğu qolla hesabı açıb – 1:0. Qoldan sonra təzyiqini artıran meydan sahibləri ardıcıl hücumlar təşkil etsə də, hesabı artıra bilməyib.
Bir müddət sonra oyuna tarazlıq gətirən "Başakşəhər" də bir neçə fürsət yaxalasa da, ilk hissə ev sahibinin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə daha təsirli başlayan "Başakşəhər" 60-cı dəqiqədə Dəniz Türücün dəqiq zərbəsi ilə bərabərlik qolunu vurub – 1:1. Təzyiqini davam etdirən İstanbul təmsilçisi 79-cu dəqiqədə Kristofer Operinin gözəl qolu ilə hesabda önə keçib.
Qarşılaşmanın əlavə vaxtında – 90+4-cü dəqiqədə Davie Selkenin vurduğu qol "Başakşəhər"in qələbəsinə nöqtə qoyub – 3:1.
Bu oyunun cavab görüşü avqustun 14-də, cümə axşamı keçiriləcək.
© Copyright 2025, All Rights Reserved