Basketbol, NBA: Lebron Ceyms rekord qırdı
LeBron Ceyms “Los Anceles Leykers”in heyətində meydana çıxmaqla ardıcıl 23 NBA mövsümündə oynayan ilk basketbolçu kimi tarixə düşüb.
90plus.az xəbər verir ki, 40 yaşlı ulduz basketbolçu sinir sıxılması problemi səbəbilə komandasının mövsümdəki ilk 14 oyununu buraxsa da, “Yuta Caz” üzərindəki 140:126 hesablı ev qələbəsində 30 dəqiqəyə 11 xal, 12 asist və 3 ribaund ilə komandasına kömək edib.
NBA-in bütün dövrlərində ən məhsuldar oyunçusu olan LeBron bununla da ardıcıl mövsümdə çıxış rekordu saxlayan Vins Karteri (22 mövsüm) geridə qoyub. Atdığı iki üçxallıq zərbə isə onu NBA tarixində ən çox üçxallıq vuran oyunçular siyahısında 6-cı yerə yüksəldib.
© Copyright 2025, All Rights Reserved