“Bayer Leverkuzen” yeni transfer edib

RƏSMİ: “Bayer Leverkuzen” Mark Flekkenin transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, Almaniya çempionu “Bayer Leverkuzen”in yay transfer pəncərəsində ilk rəsmi keçidi İngiltərənin “Brentford” komandasından qapıçı Mark Flekken olub.
29 yaşlı niderlandlı qolkiper Leverkuzen təmsilçisinə 10 milyon avroya başa gəlib. Keçid bu gün rəsmən təsdiqlənib. Flekkenin “Bayer”lə neçə illik müqavilə imzaladığı barədə rəsmi məlumat verilməsə də, onun uzunmüddətli planlarda əsas qapıçı olacağı gözlənilir.
Flekken ötən mövsüm “Brentford”da 36 matçda meydana çıxıb və Premyer Liqada sabit çıxışı ilə seçilib. O, daha əvvəl “Frayburq” klubunun heyətində də Bundesliqada uğurlu performans sərgiləmişdi. Bu səbəbdən onun Leverkuzenə uyğunlaşma problemi yaşamayacağı düşünülür.
© Copyright 2025, All Rights Reserved