“Bayer” onu “Liverpul”dan rəsmən aldı

Carell Kuansa “Bayer Leverkuzen”ə transfer olundu – “Liverpul” gerialma maddəsi əlavə edib.
90plus.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Carell Kuansanın “Bayer Leverkuzen”ə transferi rəsmiləşib. Tərəflər arasında razılaşma tamamlanıb və futbolçunun Almaniya klubuna keçidi yekunlaşıb.
Transferin ilkin məbləği 30 milyon funt sterlinq olaraq müəyyənləşib. Bu rəqəmə əlavə olaraq 5 milyon funt sterlinq bonus da daxildir. Bununla belə, “Liverpul” rəhbərliyi gələcəkdə futbolçunu yenidən komandaya qaytarmaq ehtimalını nəzərə alaraq müqaviləyə geri alma maddəsi daxil edib.
22 yaşlı futbolçu ilə “Leverkuzen” arasında bağlanan müqavilə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq. Leverkuzenin müdafiə xəttini gücləndirmək məqsədilə atdığı bu addım gələcək planların mühüm hissəsi kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved