İsveçrə yığmasının oyunçusu Qranit Caka “Arsenal” klubundan “Bayer”ə transferindən söz açıb.
90plus.az xəbər verir ki, futbolçu keçidi barədə belə qeyd edib:
“Bu transfer geriyə addım yox, iki addım irəli idi. Baş məşqçi ilə danışandan sonra burada xüsusi bir şey olacağını bildim. Keçən mövsümü əla keçirdik”.
Qeyd: Caka 15 milyon avroya “Arsenal” komandasından “Bayer” klubuna keçib. Futbolçu komanda ilə 2028-ci ilin ortalarına kimi sözləşmə imzalayıb.
Mənbə: Kicker
© Copyright 2025, All Rights Reserved