"Bayern" gəncləri ilə möhtəşəm geridönüş etdi
"Frayburq" üstünlüyü qoruya bilmədi, "Bayern Münhen"dən möhtəşəm geri dönüş gəldi.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasında 28-ci turun oyununda lider "Bayern Münhen" səfərdə "Frayburq"un qonağı olub.
Milli oyunlar fasiləsindən sonra keçirilən qarşılaşmada meydan sahibləri oyuna yaxşı başlayaraq hesabda 2:0 önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Nəticədə görüş "Bayern Münhen"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bığlı cavan Lennart Karl son dəqiqədə qol vuraraq “Bayern Münhen”ə qələbəni təmin etdi:
Frayburq 2 - 3 Bayern Münhen
Manzambi 46’
L. Höler 71’
Bişoff 81’ 90+2’
L. Karl 90+9’
Bu nəticədən sonra "Frayburq" 37 xalla yerində qalıb, "Bayern Münhen" isə xalını 73-ə yüksəldərək liderliyini möhkəmləndirib.
© Copyright 2026, All Rights Reserved