"Bayern" ingilis futbolçunu sürətinə görə göndərir
"Bayern Münhen"in müdafiəçisi Erik Dayerin gələcək taleyi müəyyənləşib.
90plus.az xəbər verir ki, 31 yaşlı futbolçu Münhen klubundan ayrılacaq.
Dayerin sürətinin aşağı olması səbəbindən yeni baş məşqçi Vinsent Kompani onu komandaya uyğun hesab etmir. O, cari mövsümdə "Bayern" forması ilə cəmi 12 oyunda meydana çıxıb.
Klub rəhbərliyi Dayerə yeni müqavilə təklif etməməyi qərara alıb.
Qeyd: İngiltərəli futbolçu 2024-cü ilin yanvar ayından etibarən Münhen klubunda çıxış edir.
© Copyright 2026, All Rights Reserved