"Bayern" Ebereçi Ezeni istəyir

“Kristal Pelas”ın futbolçusu Ebereçi Eze karyerasını Almaniyada davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Bayern" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Ezenin London klubuyla müqaviləsində 80 milyon avroluq sərbəst qalma məbləği var. “Bayern Münhen” 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd: “Kristal Pelas” Ebereçi Ezeni 2020-ci ilin yayında QPR-dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 42 rəsmi oyunda 14 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2025, All Rights Reserved