Bayern Münhen: 13 oyun - 13 qələbə
“Bayern Münhen”dən möhtəşəm seriya – 13 oyun, 13 qələbə!
90plus.az xəbər verir ki, “Bayern Münhen” Almaniya Bundesliqasının 13-cü turunda səfərdə “Borussiya Mönhenqladbax” üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb və mövsümdə məğlubiyyətsiz seriyasını davam etdirib.
Oyunun ilk hissəsində səbirli oyun sərgiləyən Münhen təmsilçisi rəqibin 19-cu dəqiqədə 10 nəfərlə qalmasından sonra üstünlüyünü getdikcə artırıb. “Borussiya” müdafiədə Niko Elvedinin liderliyi ilə 64-cü dəqiqəyədək müqavimət göstərsə də, son yarım saatda “Bayern” meydanda tam dominanta çevrilib.
Qolları 64-cü dəqiqədə Coşua Kimmix, 70-ci dəqiqədə Rafayel Gerreyro və 81-ci dəqiqədə cəmi beş dəqiqə əvvəl oyuna daxil olan 17 yaşlı Lennart Karl vurub. Gənc futbolçu gözəl zərbə ilə hesabı 3:0 edib və bir daha böyük potensialını nümayiş etdirib.
Borussiya M’bax 0-3 Bayern Münhen
Coşua Kimmix 64'
R. Querreiro 70'
L. Karl 81'
Qollar:
https://t.me/doxsanplus/109642
https://t.me/doxsanplus/109643
https://t.me/doxsanplus/109646
Qeyd: Karl üç gün öncə Çempionlar Liqasında “Brügge”yə qarşı matçda fərqlənərək turnir tarixində qol vuran ən gənc alman futbolçu olmuşdu.
Bu qələbə ilə “Bayern Münhen” 13 oyundan 13 qələbə toplayaraq Bundesliqanın zirvəsindəki mövqeyini qoruyub.
Digər tərəfdən, “Leypsiq” səfərdə “Auqsburq”u 6:0 hesabı ilə darmadağın edib və “Bayern”dən 5 xal geridə qalmaqda davam edir.
© Copyright 2025, All Rights Reserved