“Bayern Münhen” Harri Keyn ilə yeni müqavilə imzalamaq istəyir
Almaniya nəhəngi “Bayern Münhen” mövcud müqaviləsi 2027-ci ildə başa çatacaq Harri Keyn ilə yeni sözləşmə imzalamağı planlaşdırır.
90plus.az xəbər verir ki, “Bayern Münhen” klubunun ingilis qolçusu Harri Keyn ilə yaxın zamanda müqavilə danışıqlarına başlayacağı bildirilir. Klub futbolçunun 2027-ci ilin yayında bitəcək müqaviləsini 2029-cu ilin yayına qədər uzatmaq niyyətindədir.
“Bayern Münhen”in idman direktoru Maks Eberl bu məlumatı təsdiqləyərək açıqlamasında bildirib: “Keyn ilə yeni müqavilə üçün danışıqlar aparırıq.”
Harri Keyn “Bayern Münhen” forması ilə 2,5 mövsüm ərzində 126 oyuna çıxıb, 119 qol vurub və 30 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved