"Bayern Münhen" Osimhenə "elçi düşdü"
Almaniya nəhəngi "Bayern Münhen" heyətdə mümkün dəyişikliklərə hazırlaşır. Klub rəhbərliyi hücumçu Harri Keynin gələcəyi ilə bağlı bütün ssenariləri nəzərdən keçirir.
90plus.az xəbər verir ki, "Bayern Münhen"in aparıcı forvardı Harri Keynin Münhendə müqaviləsi 2027-ci ilə qədər davam etsə də, yay transfer dönəmində ayrılıq ehtimalı aşağı qiymətləndirilsə də, Avropanın aparıcı klubları və Səudiyyə Ərəbistanı təmsilçilərinin futbolçunun durumunu izlədiyi bildirilir. Klubun idman direktoru Maks Eberl mümkün variantlara hazır olmaq üçün alternativ plan üzərində işləyir.
Məlumata görə, Münhen təmsilçisi hazırda "Qalatasaray"da çıxış edən nigeriyalı hücumçu Viktor Osimheni əsas namizədlərdən biri kimi dəyərləndirir. Osimhen bu mövsüm 25 oyunda 17 qol vuraraq diqqətləri üzərinə çəkib.
Komandanın baş məşqçisi Vinsent Kompaninin də forvardın oyun üslubunu bəyəndiyi vurğulanır. Bildirilir ki, "Bayern Münhen" Osimhenin 2029-cu ilə qədər qüvvədə olan müqaviləsində yer alan sərbəstqalma məbləğini ödəyə biləcək seçilmiş klublardan biridir. Bu isə futbolçunun yenidən Bundesliqaya qayıdışını mümkün edə bilər.
© Copyright 2026, All Rights Reserved