“Bayern Münhen” yapon müdafiəçi alıb
"Bayern Münhen" yapon müdafiəçi heyətinə qatıb.
90plus.az xəbər verir ki, müdafiəçi Hiroki İto "Ştutqart"dan transfer edilib. Münhen təmsilçisi yaponiyalı oyunçu üçün 30 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd: Yaponiya millisinin üzvü olan müdafiəçi ötən mövsüm 29 oyunda 2 qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved