“Bayern Münhen”dən 8 qollu qələbə
Almaniya Bundesliqasının 16-cı turunda lider “Bayern Münhen” doğma meydanda “Volfsburq”u 8:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Vinsent Kompaninin rəhbərliyi altında “Bayern Münhen” yeni ilə möhtəşəm start verdi.
“Alyans Arena”da ilk hissə nisbətən balanslı keçsə də, fasilədən sonra meydanda yalnız bir komanda var idi — “Bayern Münhen”. Kompaninin komandası ikinci hissədə 6 qol vuraraq bu cütlüyün tarixindəki ən böyük qələbəni rəsmiləşdirdi.
“Bayern” Bundesliqada artıq 63 qol vurub
Bayern Münhen 8 - 1 Volfsburq
K. Fişer 5 (ö.q.)
D. Pejçinoviç 13’
L. Dias 30’
M. Olise 50’ 76’
Jens 53’ (ö.q.)
Querreyro 68’
H. Keyn 69’
L. Qoretska 88’
Bu qələbə ilə “Bayern Münhen” xallarının sayını 44-ə çatdıraraq, ən yaxın izləyicisini 11 xal qabaqlamaqla liderliyini davam etdirib. “Volfsburq” isə 15 xalla turnir cədvəlinin aşağı pillələrində qalıb.
© Copyright 2026, All Rights Reserved