"Bayern Münhen"in futbolçusuna İspaniyadan "elçi var"
Mövsümün sonunda "Bayern Münhen" ilə müqaviləsi bitəcək Leon Qoretska karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Atletiko" yayda azad agent statusunda olacaq alman futbolçunu komandaya cəlb etmək niyyətindədir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid klubunun rəhbərliyi artıq Qoretskanın meneceri ilə əlaqə yaradıb və futbolçunun müqavilə şərtləri barədə məlumat toplayıb. "Atletiko"nun 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd: Almaniya millisinin üzvü Leon Qoretska bu mövsüm "Bayern Münhen" ilə 26 rəsmi oyunda iştirak edib və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved