“Bayern Münhen”in transfer hədəfi Bruno Fernandeş

Almaniyanın “Bayern Münhen” klubu “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin transferi ilə maraqlanır.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından aldığı təklifləri rədd edib və onun təxminən 40 milyon funt sterlinq qarşılığında transferi mümkün görünür.
Bu məbləğ “Bayern Münhen”lə yanaşı digər Avropa nəhənglərinin, xüsusilə də “Real Madrid”in də diqqətini cəlb edə bilər.
Bruno Fernandeş 2020-ci ildən “Mançester Yunayted”in heyətində çıxış edir və hazırda komandanın kapitanıdır.
© Copyright 2025, All Rights Reserved