"Bayern": 14 illik müqavilə davam edir…
"Bayern Münhen" əfsanəvi qapıçısı Manuel Noyerlə müqavilənin uzadıldığını rəsmən elan edib.
90plus.az xəbər verir ki, 38 yaşlı qolkiper 2026-cı ilin yayına qədər klubda çıxış etməyə davam edəcək.
Klub sosial mediada bu sözləşməni belə təqdim edib:
14 il və yenə davam edirik...
Noyer 2011-ci ilin yayından etibarən "Bayern"də oynayır. O, bu müddət ərzində 517 matçda meydana çıxıb və 30 kubok, o cümlədən 11 Bundesliqa, 2 avrokubok və 2 UEFA Superkuboku qazanıb.
Bu mövsüm Noyer bütün turnirlərdə 26 oyunda iştirak edib, 23 qol buraxıb və 14 oyunda qapısını toxunulmaz saxlayıb.
2025/2026 mövsümü Noyerin Münhen klubunda 15-ci mövsümü olacaq. Müqavilənin sonuna yaxın, 2026-cı ilin martında, Noyer 40 yaşına çatacaq.
"Bayern" gələcək üçün də hazırlıqlarını davam etdirir. Yanvar ayında "Köln"dən 21 yaşlı qapıçı Yonas Urbiqi heyətinə qatıb.
Bundesliqada zirvədə olan "Bayern Münhen" ən yaxın rəqibini 6 xal fərqi ilə qabaqlayır. Münhen klubu növbəti matçını fevralın 7-də evdə "Verder"ə qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved