“Bayern”: Qələbə və TOP-5-in ən məhsuldarı
“Bayern Münhen”dən darmadağın – Bundesliqada 97 qola çatdılar.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 27-ci turunda “Bayern Münhen” doğma meydanda “Union” komandasını 4:0 hesabı ilə məğlub edib:
Bayern Münhen 4 - 0 Yunion
M. Olise 43’
S. Qnabri 45+1’ 67’
H. Keyn 49’
Bundesliqanın lideri olan “Bayern Münhen” möhtəşəm hücum statistikasını davam etdirir. Münhen klubu bu mövsüm Bundesliqada vurduğu qolların sayını 97-yə çatdırıb və bu göstərici ilə Avropanın TOP 5 liqaları arasında ən çox qol vuran komanda olub.
Komandanın əsas qol silahı olan Harri Keyn isə fenomenal mövsüm keçirir. İngilis hücumçu bu mövsüm bütün turnirlərdə 40 oyunda 48 qol və 5 assistlə çıxış edir və Avropanın ən məhsuldar futbolçularından biri hesab olunur.
“Bayern Münhen” lider kimi 9 xallıq fərqlə çempionluğa doğru inamla irəliləyir.
© Copyright 2026, All Rights Reserved