"Bayern" əsas heyət üzvünü itirdi
Almaniya millisinin heyətində ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, yarımmüdafiəçi Yozua Kimmix zədə səbəbindən sıradan çıxıb. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bavariya klubunun oyunçusu yığmanın məşqi zamanı sağ ayağının topuğundan xəsarət alıb. Kimmix komanda ilə birlikdə Lüksemburqa yollansa da, qarşıdakı oyunda iştirak edə bilməyəcək.
Qeyd: Lüksemburq – Almaniya matçı sabah keçiriləcək. Baş məşqçi Yulian Naqelsmannın rəhbərlik etdiyi Almaniya yığması ayın 17-də isə öz meydanında Slovakiya komandasını qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved