“Bayern” təklif yolladı, “Liverpul” dərhal rədd etdi

“Bayern Münhen”dən Luis Dias üçün yeni təklif – “Liverpul”dan qəti reaksiya gəldi.
90plus.az xəbər verir ki, “Bayern Münhen” kolumbiyalı ulduz Luis Diasın transferi üçün “Liverpul”a yeni rəsmi təklif göndərib. Almaniya klubu 28 yaşlı vinger üçün bu dəfə 67,5 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Lakin “The Athletic”in məlumatına görə, “Liverpul” bu təklifi dərhal rədd edib. İngiltərə klubu futbolçunu satmaq niyyətində deyil və onun transfer dəyərini 100 milyon avro civarında qiymətləndirir.
Məlumatlara görə, Dias özü “Bayern Münhen”ə keçməyə müsbət yanaşır. Bununla belə, “Liverpul”un müqaviməti transferin baş tutmasını çətinləşdirir.
Qeyd: Almaniya nəhəngi daha öncə Dias üçün 60 milyon avro + bonuslar şəklində təklif göndərmişdi. Yeni təklifə baxmayaraq, “Liverpul” mövqeyini dəyişmir.
© Copyright 2025, All Rights Reserved