"Bayern" və "Liverpul" bu futbolçuya görə yarışda

“Bayern” klubu “Borussiya Dortmund”un müdafiəçisi Nikolas Şlotterbekin vəziyyəti ilə maraqlanıb və onun müqavilə uzatmamaq ehtimalına qarşı ilkin marağını bildirib. Lakin bu mərhələdə heç bir rəsmi addım atılmayıb.
90plus.az xəbər verir ki, “Borussiya Dortmund” rəhbərliyi isə 25 yaşlı alman mərkəz müdafiəçisinin 2027-ci ildən sonrakı müddət üçün də klubda qalacağına ümid edir. Bildirilir ki, Şlotterbek müqaviləsini uzatdığı halda, klubun ən yüksək maaş alan oyunçularından birinə çevriləcək – onun illik əmək haqqısı 10 milyon avro civarında olacaq.
Bununla yanaşı, futbolçunun adı İngiltərə mətbuatında da hallanır. “Liverpul” klubu Nikolas Şlotterbeki Vircil van Deykin uzunmüddətli varisi kimi görür və onunla ciddi maraqlanır.
Mövsümün sonunda “Borussiya Dortmund”dan ayrılması ehtimal olunan Şlotterbekin transferi uğrunda Avropanın bir neçə top klubu mübarizə apara bilər.
© Copyright 2025, All Rights Reserved