"Bayern"də Upamekano "tapmacası" davam edir
“Bayern Münhen” Dayot Upamekanonun qərarını gözləyir.
90plus.az xəbər verir ki, “Bayern Münhen” hələ Dayot Upamekano üçün rəsmi son tarix müəyyən etməyib, lakin klub mümkün qədər tez qərar gözləyir.
Klubun idman direktoru Maks Eberl bu gün açıqlayıb: “Biz Upamekanodan cavab gözləyirik.”
Artıq yekun təklif verilib və “Bayern Münhen” bildirib ki, təklifdə dəyişiklik olmayacaq. Klub hələ də müdafiəçinin onlarla müqavilə imzalayacağına inanır.
Hələlik danışıqlarda heç bir irəliləyiş olmayıb və müzakirələr əvvəlki kimi davam edir. “Bayern Münhen” müqaviləni transfer pəncərəsi bağlanmadan əvvəl tamamlamayı arzulayır.
© Copyright 2026, All Rights Reserved