"Bayern"in futbolçusuna 3 oyunluq cəza verildi
“Bayern Münhen”in futbolçusu Luis Dias Hakimiyə qarşı sərt müdaxiləsinə görə 3 oyunluq cəzalandırıldı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının iki həftə əvvəl “Bayern Münhen” ilə PSJ arasında baş tutan qarşılaşmasında Aşraf Hakimiyə qarşı kobud müdaxilə edən Luis Dias üç oyun diskvalifikasiya alıb.
Kolumbiyalı futbolçu arxadan etdiyi təhlükəli müdaxiləyə görə VAR-ın nəzərdən keçirməsindən sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Epizod zamanı Hakimi ağrı içində meydanda qalıb və oyunu davam etdirə bilməmişdi.
Buna baxmayaraq, “Bayern Münhen” matçın böyük hissəsini 10 nəfərlə keçirməsinə rəğmən oyunu qazanmağı bacardı.
Münhen klubu Dias üçün cəmi bir oyunluq cəza gözləyirdi və verilən üç matçlıq diskvalifikasiyanın səbəbləri ilə bağlı UEFA-dan izahat tələb edir. “Bayern Münhen” rəhbərliyi bu qərarı çox sərt hesab edir.
Məlumata görə, Diasın müdaxiləsi Hakimiyə ciddi zədə yetirib və sağ cinah müdafiəçisi təxminən dörd ay yaşıl meydanlardan uzaq qalacaq.
© Copyright 2025, All Rights Reserved