"Bayern"in futbolçusuna İngiltərədən "elçi" var
"Qalatasaray"ın keçmiş sağ cinah müdafiəçisi Saşa Boey "Bayern Münhen"dən ayrılmaq üzrədir. 25 yaşlı fransız futbolçunun bir neçə klubdan təklif aldığı bildirilir.
90plus.az xəbər verir ki, 2023-2024 mövsümünün qış transfer dövründə "Qalatasaray"dan "Bayern Münhen"ə 30 milyon avro qarşılığında transfer olunan Boey Almaniya nəhəngində gözlənilən performansı göstərə bilməyib.
Uzun müddətdir, "Bayern Münhen"dən ayrılacağı müzakirə olunan futbolçunun adı yenidən "Qalatasaray"la hallanır. İtalyan jurnalist Fabrizio Romanonun məlumatına görə Saşa Boey ilə maraqlanan klublar artıq Almaniya klubunun qapısını döyməyə başlayıblar.
Xəbərlərdə ən ciddi namizədin İngiltərə klubu "Kristal Palas" olduğu qeyd edilir. Həmçinin bir neçə digər klubun da Saşa Boey ilə maraqlandığı bildirilir.
© Copyright 2025, All Rights Reserved