"Bayern"in qapıçısı tarixə düşməyə yaxındır
“Bayern Münhen”in qapıçısı Manuel Noyer Bundesliqa tarixində ən çox oyun keçirən qapıçılar siyahısında ikinci pilləyə yüksəlib.
90plus.az xəbər verir ki, Almaniya çempionatının 12-ci turunda Münhen klubunun “Sankt-Pauli”yə qarşı keçirdiyi (3:1) oyun Noyerin liqadakı 534-cü matçı olub. Bu nəticə ilə o, bir vaxtlar “Borussiya Dortmund” və “Ştutqart”ın formasını geyinmiş Ayke İmmelin göstəricisini təkrarlayıb.Qapıçılar arasında Bundesliqada rekordçu isə 557 oyunla Oliver Kandır.
Qeyd: 2011-ci ildən "Bayern Münhen"də çıxış edən Noyer bu müddətdə 12 dəfə Almaniya çempionu, 5 dəfə ölkə kubokunun və 8 dəfə Superkubokun qalibi olub. O, həmçinin ikiqat Çempionlar Liqası qalibidir.
© Copyright 2025, All Rights Reserved