Bellingem "Borussiya Dortmund" yolunda

90plus.az xəbər verir ki, "Sanderlend"də uğurlu mövsüm keçirən 19 yaşlı yarımmüdafiəçi üçün "Borussiya Dortmund" rekord məbləğdə təklif irəli sürüb. İngiltərə təmsilçisi Cobun transferi üçün bonuslarla birlikdə 38 milyon avro dəyərində təklifi qəbul edib. Müqaviləyə gələcək transferdən 15 faiz pay maddəsi də daxil edilib.
Bu keçidlə Cob Bellingem "Borussiya Dortmund" tarixində ən bahalı ikinci futbolçuya çevrilib və transfer məbləği baxımından artıq qardaşı Cudu də geridə qoyub.
Cob bu mövsüm "Sanderlend"in Premyer Liqaya yüksəlməsində əsas fiqurlardan biri olub. O, 2023-cü ilin yayında "Birmingem"dən "Sanderlend"ə transfer olunmuşdu və həm akademiya, həm də peşəkar karyerasına məhz "Birmingem"də başlamışdı – eynilə Cud kimi.
2024/25 mövsümündə Çempionşipdə 40 oyundan 39-na start heyətində başlayan Jobe yalnız bir qarşılaşmanı zədə səbəbilə buraxıb və demək olar ki, hər matçda meydanda 90 dəqiqə qalıb.
Xatırladaq ki, Cude Bellingham 2023-cü ilin yayında "Borussiya Dortmund"dan "Real Madrid"ə transfer olunaraq klub tarixində "Eden Hazard"dan sonra ikinci ən bahalı transfer olmuşdu.
© Copyright 2025, All Rights Reserved