Bellingem “Borussiya Dortmund”u seçdi

RƏSMİLƏŞMƏ YAXINDADIR – Cob Bellingem “Borussiya Dortmund”u seçdi.
90plus.az xəbər verir ki, İngiltərənin istedadlı gənc futbolçularından biri olan Cob Bellingem karyerasını Almaniyada davam etdirməyə qərar verib. 19 yaşlı yarımmüdafiəçi “Borussiya Dortmund”a keçmək istəyini rəsmən bəyan edib.
Hazırda Bellingemin formasını geyindiyi “Sanderlend” klubu ilə danışıqların başlamağa hazır olduğu bildirilir. “Borussiya Dortmund” artıq rəsmi təklif üzərində işləyir.
Alman mediasının məlumatına görə, futbolçunun transfer qiyməti təxminən 30 milyon avro civarındadır. Gənc oyunçu son mövsümdə performansı ilə AÇ-2025 üçün İngiltərə milli komandası namizədləri arasında da adı hallanan oyunçulardandır.
Qeyd: Cob Bellingem məşhur futbolçu Cud Bellingemin kiçik qardaşıdır. Cud hazırda “Real Madrid”in aparıcı oyunçularından biridir. Cob isə öz yolu ilə irəliləyərək Avropanın ən perspektivli klublarından birinə keçməyə hazırlaşır.
© Copyright 2025, All Rights Reserved