Bellingem İngiltərə klubu ilə razılaşdı
İngilis futbolçu Cob Bellingem "Sanderlend" komandası ilə 2028-ci ilin iyun ayına qədər müqaviləni uzadıb.
90plus.az xəbər verir ki, ingilis futbolçuya Premyer Liqa təmsilçiləri "Brendfort" və "Kristal Pelas"ın təklif etməsinə rəğmən o, "Sanderlend"də qalmağı üstün tutub. Oyunçunun hazırkı market dəyəri 9.1 milyon avrodur.
Qeyd: Cob Bellingem "Real Madrid"də forma geyinən Cud Bellingemin kiçik qardaşıdır. O da qardaşı kimi "Birmingem"də futbola başlayıb.
© Copyright 2026, All Rights Reserved