"Benfika"nın qapıçısı qışda Premyer Liqa yolçusudur
“Benfika”nın qapıçısı Anatoli Trubin qış transfer pəncərəsində İngiltərə klublarından birinə keçə bilər.
90plus.az xəbər verir ki, bəzi Premyer Liqa komandaları “Benfika”nın qapıçısı Anatoli Trubini yaxından izləyir.
Məlumata görə, Trubin özü də transferə açıqdır, lakin yalnız İngiltərəyə keçmək istəyir və La Liqa və ya Bundesliqa ilə maraqlanmır. Qış transferi uzaq perspektivdə deyil, real bir ehtimal olaraq qiymətləndirilir.
Bu mövsüm 24 yaşlı qapıçı “Benfika” ilə 24 oyunda meydana çıxıb, 20 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
© Copyright 2025, All Rights Reserved