Benzemanın 17 yaşlı qıza yazdığı mesaj dünyanı silkələdi
Hazırda “Əl-İttihad” klubunda çıxış edən “Real Madrid”in sabiq forvardı Kərim Benzema yenidən mübahisə doğuran bir hadisə ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, bu dəfə Benzemanın yetkinlik yaşına çatmayan bir qıza mesaj yazdığı üzə çıxıb.
Söhbət 17 yaşlı musiqiçi Lil Taydabdan gedir. Gənc ifaçı bildirib ki, Benzema onunla “Instagram” üzərindən əlaqə saxlayıb.
“YouTube” platformasında yayımlanan bir müsahibə zamanı ondan Benzema ilə bağlı sual verilib. Lil Tayda isə belə cavab verib: “O, mənim mesaj qutumdadır”.
Qeyd: Onun “Instagram” hesabında 5 milyondan çox izləyicisi var.
© Copyright 2025, All Rights Reserved