Berke Özer “Roma”nın 3 penaltisini qaytardı
"Lill"in 25 yaşlı türkiyəli qapıçısı Berke Özer "Roma"nın 3 dəfə təkrarlanan penalti zərbələrinin hər birini dəf etməyi bacarıb.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının ikinci turunda "Lill" səfərdə "Roma"nı məğlub edib:
Roma 0-1 Lill
Haraldson 6'
"Roma" hesabı bərabərləşdirmək üçün ideal fürsəti əldən verib – əvvəlcə Artyom Dovbik, sonra isə Matias Soule penaltilərdən yararlana bilməyib. “Lill”in qapıçısı Özer ardıcıl üç penalti qurtarıb, çünki hər dəfə cərimə meydançasına tez daxil olunduğuna görə təkrar zərbələr təyin olunub.
Həmin epizod: https://t.me/doxsanplus/108633
© Copyright 2026, All Rights Reserved