Bernardo Silva “Barselona”ya… Addım-addım
“Barselona” yay transfer pəncərəsində böyük transferə hazırlaşır. Kataloniya klubu Bernardo Silvanı heyətinə qatmağa ən yaxın namizəd hesab olunur.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu yay azad agent olacaq və karyerasını “Kamp Nou”da davam etdirməyə müsbət yanaşır. Futbolçu İngiltərədə təxminən 10 ilə yaxın çıxış etdikdən sonra vətəninə daha yaxın bir ölkədə oynamaq istəyir. O, həmçinin “Barselona”da həmyerlisi Joau Kanselu ilə yenidən bir komandada oynamaq istəyir.
Komandanın baş məşqçisi Hansi Flik 31 yaşlı yarımmüdafiəçini gənc heyətə təcrübə qatacaq əsas transferlərdən biri kimi görür.
Alman mütəxəssis hesab edir ki, Bernardo Silva həm oyun quruculuğu, həm də liderlik baxımından komandaya ciddi fayda verə bilər.
© Copyright 2026, All Rights Reserved