"Beşiktaş" "Borussiya"nın futbolçusunu istəyir
"Borussiya"nın yarımmüdafiəçisi Salih Özcan karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
90plus.az xəbər verir ki, "Beşiktaş" türkiyəli futbolçunun transferini həll edib.
İstanbul klubu Salihlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Almaniya klubu isə "qara qartallar"ın 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün təqdim etdiyi 3 milyon avroluq təklifi qəbul edib.
Qeyd: "Borussiya" Salih Özcanı 2022-ci ilin yayında "Köln"dən transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm Dortmund klubunda 4 rəsmi oyunda cəmi 21 dəqiqə meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved