"Beşiktaş" "İnter"dən yarımmüdafiəçi alır
İcarə əsasında “Torino”da çıxış edən Kristian Asllaninin karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı yaranıb.
90plus.az xəbər verir ki, “Beşiktaş” albaniyalı dayaq yarımmüdafiəçisini transfer siyahısına daxil edib. Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
“Qara qartallar” 23 yaşlı futbolçunu yenidən icarə müqaviləsi ilə heyətinə qatmağı düşünür. Asllaninin də İstanbul klubuna keçid variantına müsbət yanaşdığı bildirilir.
Qeyd: Kristian Asllani mövsümün əvvəlində icarə əsasında “Torino”ya göndərilib. Albaniya millisinin üzvü bu müddətdə A Seriyası təmsilçisinin heyətində 16 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved