"Beşiktaş" öz evində uduzdu

90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 9-cu turunda "Beşiktaş" doğma meydanda "Gənclərbirliyi"ni qəbul etdi. "Tüpraş" stadionunda baş tutan qarşılaşma sürpriz nəticə ilə yekunlaşdı – Ankara təmsilçisi İstanbuldan 2:1 hesablı qələbə ilə ayrıldı.
Matçın ilk hissəsində qapılara qol vurulmasa da, "Beşiktaş" 47-ci dəqiqədə Cengiz Ünderin qolu ilə hesabı açaraq üstünlüyü ələ aldı. Lakin oyunun sonlarına doğru baş verən hadisələr ev sahibləri üçün şok oldu.
79-cu dəqiqədə oyuna daxil olan David Yurasek topa ilk toxunuşunda avtoqol etdi və hesab bərabərləşdi. Cəmi iki dəqiqə sonra isə "Gənclərbirliyi"nin futbolçusu Tonya komandasını önə keçirərək matçın yekun nəticəsini müəyyənləşdirdi – 2:1.
Bu məğlubiyyətlə "Beşiktaş" cari mövsümdə evdə ilk dəfə uduzdu. İstanbul klubu 13 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Qələbə sayəsində xalını 9-a yüksəldən "Gənclərbirliyi" isə 13-cü sıraya yüksəlib.
© Copyright 2025, All Rights Reserved