“Beşiktaş” PSJ-dən müdafiəçi alır
Türkiyənin Sözcü nəşrinin məlumatına görə, “Beşiktaş” PSJ-nin müdafiəçisi Lukas Beraldonu heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edib.
90plus.az xəbər verir ki, PSJ-yə transferindən sonra əsasən ehtiyat oyunçular skamyasında qalan müdafiəçi “Beşiktaş”a təklif olunub.
“Qara qartallar”ın baş məşqçisi Sergen Yalçın artıq bu keçidə razılıq verib və hazırda klublar arasında danışıqlar davam edir.
Beraldо ötən yay “San-Paulu”dan PSJ-yə 20 milyon avro qarşılığında keçib. Paris klubu futbolçunu satmaq üçün bu məbləğin azı 75 faizi həcmində təzminat tələb etməyi planlaşdırır.
22 yaşlı müdafiəçi isə karyerasının bu mərhələsində Türkiyəyə transfer olub-olmamaq barədə son qərarını özü verməlidir.
© Copyright 2026, All Rights Reserved