"Beşiktaş"ın futbolçusu Portuqaliyaya geri döndü
“Beşiktaş” klubunun yarımmüdafiəçisi Demir Ege Tıknaz futbolçu karyerasını Portuqaliyada davam etdirməyə hazırlaşır.
90plus.az xəbər verir ki, gənc türkiyəli oyunçu “Braqa”ya transfer olunub. Bu barədə İstanbul təmsilçisinin rəsmi internet səhifəsində məlumat verilib.
“Qara-ağlar” 21 yaşlı dayaq yarımmüdafiəçisinin satışından 7 milyon avro qazanc əldə ediblər. Futbolçu Portuqaliya klubu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Xatırlatma: Demir Ege Tıknaz “Beşiktaş”ın akademiyasının yetirməsidir. Türkiyənin U-21 yığmasının üzvü cari mövsümdə “qara qartallar”ın heyətində iştirak etdiyi 17 rəsmi qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd: Demir Ege bundan əvvəl Portuqaliyada "Rio Ave" klubunda oynayıb.
© Copyright 2026, All Rights Reserved