"Beşiktaş"ın ulduzu sıradan çıxdı
Türkiyənin “Beşiktaş” komandası ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, İstanbul klubunun hücumçusu Rafa Silva zədələnib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Portuqaliyalı futbolçunun ayaq əzələsində zədə aşkarlanıb. 32 yaşlı hücumçu bazar günü “Kasımpaşa”ya qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Qeyd: Rafa Silva 2024-cü ilin yayında “Beşiktaş”a transfer olunub. Portuqaliya millisinin sabiq üzvü cari mövsümdə “qara qartallar”ın heyətində keçirdiyi 15 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved