“Betis” “Fənər”dən icarələdiyi oyunçunu saxlayacaq
“Betis” Amrabatı komandada saxlamaq istəyir.
90plus.az xəbər verir ki, “Real Betis” Sofyan Amrabatın gələcəyilə bağlı qərarını verib. Sevilya təmsilçisi “Fənərbağça”dən icarəyə götürdüyü mərakeşli yarımmüdafiəçini tam transfer etmək niyyətindədir.
İspaniya mediasının məlumatına görə, “Betis” Amrabatın transfer haqqı üçün 10 milyon avroluq təklif hazırlayır. Klub rəhbərliyi 2024/25 mövsümündə sabit oyun sərgiləyən futbolçunun komandada qalmasını istəyir.
Amrabat cari mövsümdə La Liqada əsas heyət oyunçularından biri olub və mərkəz zonasına sabitlik gətirməklə diqqət çəkib. Sevilya təmsilçisi futbolçu ilə danışıqlara yaxın günlərdə rəsmi şəkildə başlamağı planlaşdırır.
© Copyright 2025, All Rights Reserved