Bəhlulun atası: “Legionerlik uşaqlıq arzusudur”

Bəhlul Mustafazadə legioner həyatı arzusundadır — Atasından açıqlama gəldi.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ” klubunun müdafiəçisi Bəhlul Mustafazadə xaricdə oynamaq istəyir.
Futbolçunun atası Ələmdar Mustafayev “Futbolinfo”ya açıqlamasında bildirib ki, Bəhlulun uşaqlıqdan legioner həyatı yaşamaq arzusu olub:
“Bu, onun istəklərindən biridir və mən buna müsbət yanaşıram. Əgər təklif olsa, sevərək qəbul edərik.”
Ə.Mustafayev onu da qeyd edib ki, məqsəd yalnız xaricdə oynamaq deyil, yüksək səviyyəli komandada olmaqdır:
"Elə klub olmalıdır ki, Çempionlar Liqasında və ya Avropa Liqasında mübarizə aparsın. Orta səviyyəli olsa da, əsas odur ki, Avropa turnirlərinə vəsiqə qazanan komanda olsun. Hədəfimiz budur.”
O, oğlunun son çıxışlarını da dəyərləndirib: “Bu mövsüm fərqli Bəhlul izləyəcəksiniz. Qarabağda və milli komandada göstərdiyi oyun onun formada olduğunu göstərir. Komandaya maksimum fayda verməyə çalışır.”
© Copyright 2025, All Rights Reserved