Bilet ala bilməyənlərin nəzərinə: Əlavə biletlər var

Lionel Messi və komanda yoldaşlarının tədbirinə əlavə biletlər satışa çıxarılıb.
90plus.az xəbər verir ki, görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək.
Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Mənbə: report.az
© Copyright 2025, All Rights Reserved