Bir dövr başa çatır: Con Sena son matçına çıxır
23 il boyunca "WWE"də peşəkar güləş əyləncə sektoruna damğa vuran əfsanəvi güləşçi Con Sena 14 dekabr bazar gecəsi karyerasını başa vurur.
90plus.az xəbər verir ki, Amerikalı idmançı karyerası ərzində 17 dəfə dünya ağır çəkidə çempion olub. Bu gecə son matçına çıxacaq Sena qarşılaşma sonunda rəsmi olaraq karyerasını bitirəcək.
Sena ilə qarşılaşacaq Avstriyalı güləşçi Günter "Last Time Is Now" turnirini qazanaraq bu fürsəti əldə edib. O, Vaşinqtonda "Capital One Arena"da tam dolu tribunalar qarşısında Sena ilə üz-üzə gələcək.
Qeyd: Con Sena 23 illik möhtəşəm "WWE" karyerasına baxmayaraq, ən varlı peşəkar güləş ulduzu olmaq baxımından Dveyn "The Rock" Consonun arxasında qalır.
© Copyright 2025, All Rights Reserved