Bizim Mutsinzi ilə Osimhen bir arada
“Zirə"nin futbolçusu Anje Mutsinzi "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenlə formalari dəyişdirib.
90plus.az xəbər verir ki, bu hadisə dünən Ruanda - Nigeriya (0:2) oyunundan sonra baş verib:
VİDEO: https://t.me/doxsanplus/100042
Osimhenin dublu ilə Nigeriyanın qalib gəldiyi matçda Mutsinzi start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Qeyd: Ruandalı 27 yaşlı müdafiəçi keçən ildən "Zirə"də çıxış edir.
© Copyright 2025, All Rights Reserved