“Bolonya”nın qapıçısı komandasını finala çıxartdı
"Bolonya"nın qapıçısı Federiko Ravaqliya "Milan" qarşısında penaltilərdəki çıxışı ilə komandasını İtaliya Superkubokunun finalına çıxartdı.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan İtaliya Superkubokunun 2-ci yarımfinalında əsas və əlavə vaxt ümumən 1:1 hesabı ilə yekunlaşdı. Penaltilərdə isə "Bolonya"nın üstünlüyü qeydə alındı:
Bolonya 1 - 1 İnter
(Pen: 3-2)
M. Türam 2’
R. Orsolini 35’
Ravaqliya Alessandro Bastoni və Anj-Yoan Bonninin penaltilərini dəf etdi, sonra Ciro Immobile qələbə penaltisini düzgün yerinə yetirərək 3:2-lik qalibiyyəti təmin etdi! Onlar bazar ertəsi "Napoli" ilə final görüşünə çıxacaqlar
ℹ️ Seriya A çempionu "Napoli" isə ilk yarımfinalda "Milan"ı 2:0 hesabı ilə məğlub etmişdi.
Qeyd: İtaliya Superkuboku ötən mövsümün Seriya A və kubok qalibləri və ikinci yerlərinin iştirakı ilə keçirilir və bütün oyunlar Səudiyyə Ərəbistanında təşkil olunur.
© Copyright 2026, All Rights Reserved