"Bornmut" futbolçularından səfər matçında ilklər
“Bornmut” klubunun futbolçuları bu gün keçirilən “Vulverhempton”a qarşı görüşdə bir sıra maraqlı faktlar ilə seçiliblər.
90plus.az xəbər verir ki, "Bornmut" İngiltərə Premyer Liqasının cari turunda "Vulverhempton" səfərinə yollanıb. Görüş qonaqların 4-2 hesablı qələbəsi ilə başa çatıb.
Castin Kluivert Premyer Liqa tarixində bir oyunda penaltidən het-trik edən ilk futbolçudur.
Evanilson Premyer Liqa tarixində bir oyunda üç penalti qazanan ilk futbolçudur.
© Copyright 2026, All Rights Reserved