Ayın futbolçusu "Bornmut"dan seçildi
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
90plus.az xəbər verir ki, bu mükafata "Bornmut"un niderlandlı yarımmüdafiəçisi Castin Klüyvert layiq görülüb.
Tanınmış futbolçu Patrik Klüyvertin oğlu olan Castin yanvar ayında keçirilən 4 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved