“Borussiya Dortmund” 6 oyundur, uduzmur
"Borussiya Dortmund" turnir cədvəlindəki qonşu rəqibini 2 cavabsız qolla məğlub etdi.
3.Dortmund - 28 xal;
5.Hoffenhaym - 23 xal.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 13-cü turunda Yulian Brandt və Niko Şlotterbekin qolları Dortmund klubunun Bundesliqada məğlubiyyətsiz oyunlar seriyasını 6 matça çatdırdl.
“Hoffenhaym” özü də son 6 oyunda məğlub olmamışdı, lakin meydan sahiblərinin hər hissədə vurduğu qollara cavab verə bilmədi.
Borussiya Dortmund 2-0 Hoffenhaym
Brant 43'
Schlotterbak 60'
Qollar: https://t.me/doxsanplus/111960
Brandt bazar günü diqqətçəkən futbolçulardan idi — o, klubla Bundesliqada 200-cü oyununda hesabı açdı və qapıya endirdiyi iki zərbənin hər ikisi çərçivəyə düşdü.
“Sarı-qaralar” son 10 ev oyununda məğlub olmayıb (8 qələbə, 2 heç-heçə). Bu seriyadan əvvəl son 7 ev matçında cəmi 1 qələbə qazanmışdılar (1 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət)
© Copyright 2025, All Rights Reserved